Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində ölənlərdən 1 nəfərin kimliyi məlum olub.Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə. hadisə nəticəsində dünyasını dəyişənlərdən biri 1997-ci il təvəllüdlü, Salyan rayon sakini Abbasova Gülarə Sərxan qızıdır. Digər həlak olan şəxsin isə üzərində sənəd olmadığından kimliyi müəyyənləşdirilməyib.
Xəstəxanadan bildiriblər ki, hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan Bakıdakı müalicə müəssisələrinə göndəriləcəklər.
Hadisədə xəsarət alanlardan biri də həlak olan G.Abbasovanın anasıdır, o ağır kəllə-beyin travması alıb.
Xatırladaq ki, hadisə bu gün Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.