Şəmkirdə toyda dava düşüb, 1 nəfər bıçaqlanıb

10:23 - 11 Sentyabr 2017 - HADİSƏ

Şəmkir rayonunda toyda dava düşüb, yerli sakin dostu tərəfindən bıçaqlanıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Müxtariyə kəndində baş verib. Belə ki, kənddə keçirilən toy mərasimi zamanı iki dost arasında mübahisə yaranıb. Bu zaman, kənd sakini, 1986-cı il təvəllüdlü Emin Mədədt oğlu Hüseynov 5 bıçaq zərbəsi alaraq ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində müalicə olunur. Şəmkir Rayon Polis Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Xəbər xətti