Bakıda metronun qarşısında qətl törədən şəxsin məhkəməsi başlayıb

11:49 - 5 Sentyabr 2017 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Ucnoqta.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib. Qeyd edək ki, Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E. Məhərrəmov M. Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti