Tovuzda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1954-cü il təvəllüdlü Abdullayev Həzi İmamqulu oğlu qarının kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, H. Abdullayev mübahisə zəminində qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.