Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb. Belə ki, 33 yaşlı Natavan Osmanova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.
Nəticədə N.Osmanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, N.Osmanovaya bədənin müxtəlif nahiyyələrinin əzilmiş yaraları və beyin sirkələnməsi diaqnozu qoyulub, vəziyyəti ağırdır.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.