“Aləm birdən-birə qarışdı...” - İzzət “Neolit”dəki davadan danışdı

10:01 - 31 Avqust 2017 - HADİSƏ

“Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə mən şou proqramda çıxış edən zaman hadisə baş verib”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni İzzət Bağırov deyib.  Sənətçi dünən "Neolit"restoranında baş verən davada köməkçisinin də zədə aldığını deyib:

“Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.

Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxtı baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar arasında bir-birini eşitmirdilər, içkili idilər. Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq”. 

Xəbər xətti