Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionu Andrey Draçovu vəhşicəsinə döyərək öldürən azərbaycanlı kikboksçu Anar Allahverənov hələ də axtarışdadır. Ucnoqta.az virtualaz.org-a istinadən xəbər verir ki, Draçovun dostları və atası ötən gün onun məzarı başına toplaşaraq qatilin hələ də azadlıqda qalmasına diqqəti cəlb ediblər və hüquq-mühafizə orqanları Allahverənovun axtarışlarını sürətləndirməyə çağırıblar. “Bizim bura toplaşmaqda məqsədimiz odur ki, polislər hər şeyi görsün. İstəyirik ki, onlar Andrey Draçovun qatilini axtarmağı yaddan çıxarmasınlar, bunu sürətlə və diqqətlə həyata keçirsinlər. Biz nəticə gözləyirik. Mən Azərbaycandan olan bir oğlanla danışdım, o dedi ki, diaspor Anarın hərəkətini dəstəkləmir, heç kim onu burada gizlətmir və harasa qaçmasını maliyyələşdirməyib, o burada gizlənir”, - həlak olan idmançının dostu Aleksey Şapovalov bildirib.
Anar Allahverənov
Draçovun atası isə deyib ki, oğlunun öldürülməsinin milli düşmənçilik kimi qarşılanmasını istəmir.
“Millət günahkar deyil, konkret adam günahkardır. Polis üçün həmin adamı tapıb, Rusiya qanunlarına görə cəzalandırmaq şərəf məsələsidir. Bu siçovulu, vəhşini tapmaq və ədalət mühakiməsinə vermək lazımdır. Baş verənlər sərxoş halda adi dava-dalaş deyil, vəhşicəsinə qətldir. Bu cür adamlar azadlıqda gəzməli deyil, həbsxanada oturmalıdır. Televizorda göstərdikləri videorolik dördüncü epizoddur. Andrey o vaxt artıq ölümcül yaralanmışdı, onun almacıq sümüyü sınmışdı. Anar onu yerdə yıxılmış vəziyyətdə döyəndə Andreyin burnu sınmışdı, o, sadəcə, sümük qırıntılarını beyninə doldurub. Bu mənzərə mənim gözlərim qarşısında canlanır”, - Konstantin Draçov bildirib.
Andrey Draçov
Oğlu öldürülən ata xahiş edib ki, heç kim bu hadisəyə görə qisas almağa çalışmasın. O deyir ki, dava 30 dəqiqəyə yaxın davam edib, həmin müddət ərzində hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəlib və davaya müdaxilə etməyib. “Məni hiddətləndirən budur”, - Konstantin Draçov deyib.
Xatırladaq ki, bu hadisəyə görə “Rosqvardiya”nın iki əməkdaşı barədə cinayət işi qaldırılıb. Onlar vəzifə səlahiyyətlərinə səhlənkar yanaşmaqda və nəticədə insan ölümünə bilməyərəkdən səbəb olmaqda günahlandırılırlar. Təhqiqatı “Rosqvardiya”nın Şərq dairəsi üzrə komandanı, general İqor Qrudnov nəzarətinə götürüb.
“Bizim bura toplaşmaqda məqsədimiz odur ki, polislər hər şeyi görsün. İstəyirik ki, onlar Andrey Draçovun qatilini axtarmağı yaddan çıxarmasınlar, bunu sürətlə və diqqətlə həyata keçirsinlər. Biz nəticə gözləyirik. Mən Azərbaycandan olan bir oğlanla danışdım, o dedi ki, diaspor Anarın hərəkətini dəstəkləmir, heç kim onu burada gizlətmir və harasa qaçmasını maliyyələşdirməyib, o burada gizlənir”, - həlak olan idmançının dostu Aleksey Şapovalov bildirib.