Bakıda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub.