Hindistanda "Kaifiyat Express" sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, onlardan 4-ü ağır vəziyyətdədir. Hadisə zamanı ölənlərin olub-olmaması barədə məlumat verilmir. Sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb. Onlardan biri aşıb.
***04:22
Hindistanda "Kaifiyat Express" sürət qatarı yük avtomobili ilə toqquşaraq relsdən çıxıb. Hadisə ölkənin şimalında, Uttar-Pradeş ştatında olub. Qəza nəticəsində 40-dan çox sərnişin xəsarət alıb. Yerli hakimiyyət orqanları yaralıların sayını təsdiqləyiblər. Ölənlər barədə məlumat daxil olmayıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.