Bakıda bir nəfər hovuzda batıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:50-də başa çatıb.