Gəncədə avtomobil yaşlı qadını vuraraq öldürüb

11:47 - 22 Avqust 2017 - HADİSƏ

 Gəncə şəhərində yaşlı qadını maşın vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunun Şanxay qəsəbəsi ərazisində baş verib. 
Belə ki, naməlum avtomobil Xəzəngül Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti