Lerik rayonu, Vizəzəmin kəndində 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib.
Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.