Qazax rayon sakinini ilan sancıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Daş Salahlı kənd sakini, 2010-cu il təvəllüdlü Məryəm Əfəndiyeva həyətdə gəzərkən ilan onun ayağından sancıb. Dərhal xəstəxanaya yerləşdirilən 7 yaşlı qıza ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.