Zığ qəsəbəsində “Lada” “Ford”la toqquşub

09:21 - 19 Avqust 2017 - HADİSƏ

Zığda iki avtomobil toqquşub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.

Xəbər xətti