Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Kuyeyeva Nərminə Elnur qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nərminə Kuyeyeva təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Apa