Bakıda evdən oğurluq edən şəxs tutulub

13:26 - 17 Avqust 2017 - HADİSƏ

Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Xəbər xətti