Bakıda qadın digər qadını bıçaqlayıb

10:37 - 17 Avqust 2017 - HADİSƏ

Bakı şəhərində qadın digər qadını bıçaqlayıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Cəmalə Nizami qızı Həmidovanı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti