Bakıda mənzildən 45 min manat pul oğurlayan iki nəfər yaxalanıb

14:03 - 15 Avqust 2017 - HADİSƏ

Bakıda mənzildən külli miqdarda pul oğurlayan iki nəfər yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

Xəbər xətti