Bakıda ər hamilə arvadını döyüb

08:42 - 15 Avqust 2017 - HADİSƏ

Bakıda hamilə qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Əhmədli qəsəbəsində, 29 yaşlı Quliyeva Könül Əlövsət qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb. Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti