Tovuzda hamilə qadın dünyasını dəyişib
17:41 - 14 Avqust 2017 - HADİSƏ
Tovuz rayonunda hamilə qadın dünyasını dəyişib.
Hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasının Doğum evində baş verib. Rayon sakini Əliyeva Oksana Fazil qızı avqustun 1-də doğum evinə yerləşdirilib.
Avqustun 13-də qadının beyninə qan sızıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.