Astarada 33 yaşlı kişini elektrik cərəyanı vurub

13:20 - 14 Avqust 2017 - HADİSƏ

Astara rayonunda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Ucnoqta.az "Report"a ostinadən xəbər verir ki, hadisə rayonun Siyətük kəndində baş verib.  Belə ki, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən elektriklə ehtiyatsız davranıb. O, ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti