Salyanda yanacaqdoldurma məntəqəsinin işçiləri döyülüb

09:48 - 13 Avqust 2017 - HADİSƏ

Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb. Belə ki, rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar. Döyülmə zamanı Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. "Report"un əldə etdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinin işçilərini döymüş şəxslər polis tərəfindən yaxalanıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti