Şəmkirdə 13 yaşlı qızı maşın vurub

09:25 - 13 Avqust 2017 - HADİSƏ

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti