Qəbələdə “Kamaz” ağaca çırpılıb

09:25 - 12 Avqust 2017 - HADİSƏ

Qəbələdə yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində “Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:40-da başa çatıb.

Xəbər xətti