Xaçmazda yanğın olub

09:13 - 11 Avqust 2017 - HADİSƏ

Xaçmaz şəhərində sahibi məlum olmayan ümumi sahəsi 1200 m2 olan beton sexinin taxtadan ibarət tavanı 30 m2sahədə və bitişik ümumi sahəsi 30 m2 olan talvarın yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti