Fransanın “Pari Sen-Jermen” (PSJ) Braziliya yığmasının hücumçusu Neymarla 5 illik müqavilə bağlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə klubun “Instagram” səhifəsində bildirilir. Xəbər verildiyi kimi, PSJ futbolçuya görə "Barselona"ya 222 milyon avro ödəməyə razı olub. Fransa klubu ilə razılaşdırılan müqavilənin şərtlərinə görə, braziliyalı futbolçu ildə təxminən 30 milyon avro məvacib alacaq. UEFA klublar arasında əldə olunan razılaşmanın qaydalara zidd olub-olmadığını yoxlayacaq.