Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq komandalar məlumdur. Qitənin ən nüfuzlu futbol turnirinin III təsnifat mərhələsinin son 14 oyunundan sonra "Qarabağ" da potensial rəqiblərini tanıyıb. Ucnoqta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, reytinqinə görə ilk səpələnmişlər arasına - daha güclü beşliyə düşə bilməyən Azərbaycan çempionu 5 səpələnməmişdən biri qismində avqustun 4-də baş tutacaq püşkatmanı gözləyəcək. Dəqiqləşdirsək, “Olimpiakos”, “Seltik”, “Kopenhagen”, APOEL və “Maribor” təmsilçimizin pley-offdakı potensial rəqibləridi.
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Sloveniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Hoffenhaym” (Almaniya)
“Nitsa” (Fransa)
“Başakşəhər” (Türkiyə)