Qubada ayılar arıxanaya hücum edib

17:43 - 2 Avqust 2017 - Xəbər

Qubada ayılar arıxanaya hücum edib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb. Arıçı Namiq Abidov “Report”a açıqlamasında bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib". 

Xəbər xətti