Culfada ŞOK: 23 yaşlı oğlan 4 yaşlı qızı zorlayıb

17:29 - 2 Avqust 2017 - HADİSƏ

Naxçıvanda 4 yaşlı qızı zorlayan 23 yaşlı gəncin yerli əhali tərəfindən cəzalandırılması haqda sosial şəbəkələrdə məlumat yayılıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyulun 30-da 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov 2013-cü il təvəllüdlü qızı zorlayıb.
Faktla bağlı Culfa rayon prokurorluğunda cinayət işi başladılıb və istintaq davam etdirilir.
İ.Babayev qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədova qarşı yerli sakinlər tərəfindən hər hansı cəza verilməsi haqda onlarda məlumat yoxdur.
Qeyd edək ki, yayılan məlumata görə, Ə.Məmmədov toyda spirtli içki qəbul etdikdən sonra azyaşlı qızın başını aldadaraq kənara aparıb və zorlayıb.

Xəbər xətti