Tovuz rayonunda mikroavtobus ilə yük maşını toqquşub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Bozqanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı yük avtomobili ilə "QAZel" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Anar Vaqif oğlu Kərimov və və bir qadın sərnişini, Tovuz rayonunun Əyublu kənd sakini, 1984-cu il təvəllüdlü Nəcibə İsmayıl qızı Həmzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar aparılır.