"Şerif" üzərində qələbə “Qarabağ”a 3 milyon qazandırdı

11:15 - 2 Avqust 2017 - Xəbər

UEFA Çempionlar Liqasında pley-off-a vəsiqə qazanan “Qarabağ” maddi cəhətdən də xeyli irəli düşüb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinə 2-ci mərhələdən start verən Ağdam klubu 3 milyon 320 min avro qazanıb. 
İkinci mərhələdə Gürcüstan “Samtredia”sını məğlub edən “Qarabağ” 320 min avronu əl etmişdisə, dünən “Şerif” üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırıb. 
Komandamız qrup mərhələsində adlayarsa, daha 12 milyon 700 min avro irəli düşəcək. 
Qeyd edək ki, bu rəqəmlər 2016/2017-ci il mövsümündə müəyyən edilmiş rəqəmlərdir. Növbəti il üçün məbləğin artması mümkündür. 

Xəbər xətti