Ağdaş rayonunda 36 yaşlı kişi intihara cəhd edib. Ucnoqta.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Teymur Məhəmmədəli oğlu Mustafayev insan orqanizmi üçün nəzərdə tutulmayan B58 dərman preparatını qəbul edərək özünü öldürmək istəyib. O, ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.