İyulun 27-də İqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan iqtisadi islahatlar, biznes və investisiya mühiti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən təbdirlər barədə məlumat verib.
Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.
Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.
Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.
Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.