Ağstafa rayonunda arvadını öldürən şəxs könüllü olaraq polisə təslim olub. Rayonun Qırlı kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov həyat yoldaşı 1988-ci il təvəllüdlü Xəyalə Namazovanı bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Rayon ərazisində tikintidə usta işləyən A.Namazov arvadının başqa kişi ilə görüşməsindən şübhələnib. Səhər saatlarında məsələ ilə bağlı mübahisə yaranıb və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisəni törədən şəxs polisə könüllü olaraq təslim olub.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.report