Masallıda su quyusuna düşən şəxs ölüb

10:42 - 28 İyul 2017 - HADİSƏ

Masallı rayon sakini su quyusuna düşərək ölüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər xətti