Bakıda müştəri bərbəri döyüb

09:51 - 28 İyul 2017 - HADİSƏ

Bakıda bərbər müştərisi tərəfindən döyülüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti