Göyçayda 20 yaşlı qadın intihar edib

10:48 - 27 İyul 2017 - HADİSƏ

Göyçay rayonunda intihar hadisəsi olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini, bir uşaq anası, 20 yaşlı Fəridə Kərəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.
 Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.

 Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti