DİN Şəmkirdə ana və azyaşlı iki uşağın intiharı ilə bağlı məlumat yayıb

16:09 - 26 İyul 2017 - Xəbər

İyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbər xətti