Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iki günlük iclası işə başlayır. İclasda uçot dərəcəsində dəyişikliklər və iqtisadiyyatın vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. Sabah Bakı vaxtı ilə saat 22.00-da FED-in qərarı və Federal Açıq Bazar Komitəsinin (FOMC) yekun mətni açıqlanacaq.
FED-in budəfəki iclasında uçot dərəcəsininm artırılması gözlənilmir. Bununla yanaşı, yekun mətndə FED-in balansını nə zaman azaltmağa başlayacağı ilə bağlı siqnalların olacağı ehtimalı da azdır. Belə ki, ABŞ iqtisadiyyatının ilk rübdə 1,4%-lik aşağı artım tempi, maaşlarda 0,1%-ə kimi cüzi artım, inflyasiyanın 1,6%-ə geriləməsi FED-i bir qədər gözləməyə məcbur edir. Hazırda ABŞ iqtisadiyyatında ən yaxşı göstərici işsizlikdə qeydə alınıb. Belə ki, həftəlik işsizlik müraciətləri 247 min nəfərə qədər geriləyib. Lakin bu amil FED-in monetar siyasətini sərtləşdirmək üçün kifayət etmir. FED-in əsas diqqəti inflyasiya göstəricisinə istiqamətlənib.
Sabahkı yekun mətndə FED sərt monetar siyasətdən bir müddət uzaqlaşacağı barədə siqnal verərsə, dollar əsas rəqibi olan avro ilə müqayisədə hazırkı 1,1650 USD/EUR səviyyəsindən 1,18-1,20 USD/EUR diapazonuna qədər yüksələ bilər. Lakin gözləntilər FED-in sabah valyuta bazarında sərt hərəkətlərə yol verməyən açıqlamalar edəcəyi istiqamətindədir.report