Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib- hərbçimiz yaralanıb

15:32 - 25 İyul 2017 - Xəbər

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş  pilotsuz uçuş aparatından istifadə ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

Xəbər xətti