Keçmiş aparıcı: “Bəzi qızlarımız Amerikaya ər axtarmağa gedirlər”

15:08 - 25 İyul 2017 - MAQAZİN

Televiziyadan uzaq gəzən, keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkədə maraqlı paylaşım edib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hümbətova “facebook”da həyat yoldaşı Firuz Soliyevlə tanış olmasından yazıb:
“Doğmalarım, qismət... Josy dünyaya gəlməliymiş... Firuzu tanımalıymışam. Özü də okeanın o tayında... Hər yaşadığımız an film kadrları kimi gözümün önündən keçir. Amerikaya kursa getmişdim. Əslində, heç Amerikaya da getməyəcəkdim. İstəyirdim radio DJ-liyi üzrə təcrübə kurslarına yazılım. Fikrimdə Avropa ölkələri var idi. Onlayn axtarış verdim, qarşıma xarici ölkələrə dil kurslarına göndərən şirkətin saytı çıxdı.

Şərtlərini çox bəyəndiyim üçün onlara yazıb dərhal görüş təyin etdim. Sənədlər, viza, işdən arayış, icazə... Gəldim çıxdım Nyu-Yorka və tale onu qarşıma çıxartdı. 1 ay sonra Bakıya qayıtdım və o mənə bir neçə həftə sonra sürpriz etdi. Məni görmək üçün heç vaxt olmadığı şəhərə işdən 3 günlük icazə alıb 12 saatlıq yolu qət etdi. Bunu deməyimdə məqsəd odur ki, bu həqiqi hislər üzərində heç bir çal-çağırsız qurulan ailədir”. 

Günel ondan sonra qızların Amerikada ər axtarışına çıxdıqlarını bildirib: 

“Bəzi qızlar Amerikaya köçüb dərhal ər axtarışına çıxırlar. Məni araşdırıb həyatımda baş verənləri təkrarlamağa çalışırlar, hər yerdə qulağım var. Sözüm onlaradır ki, ilk növbədə özünüzü tapın, sonra qismətinizdəki ər qarşınıza çıxacaq. Məni tanıyanlar bilir ki, ailə quracaq ən son insan idim. Tale onu qarşıma çıxarana kimi..."


Xəbər xətti