Samuxda ailəsi tərəfindən zorakılığa məruz qalan qadın özünü zəhərləyib

11:34 - 25 İyul 2017 - Xəbər

Samux rayon sakini müxtəlif xəsarətlər və dərman zəhərlənməsi diaqnozu ilə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına yerləşdirilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Samuxun Ziyadlı kənd sakini, 1988-ci il təvəllüdlü Pənahova İlahə Famil qızının müxtəlif bədən xəsarətləri aldığı, saçlarının qırxıldığı və dərmandan zəhərləndiyi bildirilir. Onun ata-anası, qayınanası və həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı, sonradan dərmanla özünü zəhərlədiyi bildirilir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Xəbər xətti