Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Moldova təmsilçisi “Şerif”i qəbul edəcək “Qarabağ” ilkə imza atıb. Klubun rəsmi saytında verilmiş məlumata görə, oyunun iyulun 25-də keçiriləcəyini nəzərə alan Ağdam klubu önləyici tədbirlər görüb. “Şerif”lə qarşılaşmanın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb.
Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.
Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur. “Qarabağ” isə Azərbaycanda bir ilki gerçəkləşdirəcək.