Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlandı

13:40 - 18 İyul 2017 - Cəmiyyət

Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Xəbər xətti