Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
“QAZel” və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində sürücülər - Goranboy rayon Alpoud kənd sakini, 1984-cü il təvəllüdlü Kərimli Dadaş Cəsur oğlu və Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Abbasov Rafiz Şahin oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, birinin vəziyyəti normal, digərin isə kafi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.