Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Samtredia” oyununun hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edcəcək. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək. Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.
Çempionlar Liqası,
I təsnifat mərhələsinin ilk oyunu,
11 iyul
21:00 Qarabağ - Samtredia
Baş hakim: Mete Kalkavan (TUR)
Yan xətt hakimləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)