II Avropa Oyunlarının loqosu təqdim olunub. Ucnoqta.az Apasport.az saytına istinadən xəbər verir ki, təqdimat mərasimi 2019-cu ildə keçiriləcək yarışa ev sahibliyi edəcək Minskdə təşkil olunub.
Rəmz “Arzunun dalınca get” devizi əsasında tərtib olunub.
Ayıdöşəyi bitkisinin əks olunduğu loqo milli əfsanə əsasında seçilib. Bu əfsanədə bitkinin gülünü yay gecəsində tapan adamın bütün arzularına çatacağı iddia olunur. Həmin məntiqlə 2019-cu ilin yayında idmançılar Minskə arzuların ardınca yollanacaq.
Qeyd edək ki, yarışın əsas devizi “Parlaq il, parlaq sən”di.