Yaponiyanın cənub-qərbində Kyusyu adasında yağan güclü yağış nəticəsində 22 nəfər itkin düşüb, bir nəfər ölüb. “Report” “Mainichi”yə istinadən xəbər verir ki, fövqəladə halla bağlı Sakura və Fukuoka prefekturalarının 556 min sakininə təcili təxliyyə olunmaq tapşırılıb. Məlumata görə, Xita şəhərində sel dəmiryol körpüsünü yuyub aparıb. İnsanların və avtomobillərin selə qərq olduğu da bildirilir.