İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzatdığını elan edib. Trend-in məlumatına görə, klub bu barədə rəsmi saytında bildirib. Qeyd olunur ki, tərəflər müqavilənin 2021-ci il iyunun 30-dək uzadılmasına razılıq verib. Müqavilə yaxın günlərdə imzalanacaq. Hazırda L.Messinin klubla müqaviləsi 2018-ci ilin iyulunadək qüvvədədir. Yeni müqaviləyə əsasən, Lionel Messinin transfer qiyməti 300 milyon avro təşkil edəcək.