Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb. Trend-in məlumatına görə, Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar.
Son iki həftədə leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Ştatın 750 yaşayış məntəqəsindən təqribən 400 min nəfər evlərini tərk etməyə məcbur olub.